“Real” Cyud Bellinqemin qardaşını da istəyir
17.10.2023 - 18:01
“Real” Cyud Bellinqemin qardaşını da istəyir

İspan nəhəngi ingiltərəli gənc oyunçunu heyətinə qatmağı planlaşdırır.

Apasport.az xəbər verir ki, “kral klubu”nun skautları İngiltərənin və “Sanderlend”ın 18 yaşlı yarımmüdafiəçisi Coba Bellinqemin oyununu bəyəniblər. Prezident Florentino Perezin qış transfer dönəmində futbolçunu komandanın heyətinə qatacağı gözlənilir.

Qeyd edək ki, Coba “Real Madrid”in əsas oyunçularından olan Cyud Bellinqemin qardaşıdır.

writer photo
Əlirza Əlirzalı
0