"Real" futbolçuları Ançelottidən narazıdır
01.03.2024 - 12:55
"Real" futbolçuları Ançelottidən narazıdır

"Real Madrid"də futbolçularla baş məşqçi Karlo Ançelotti arasında fikir ayrılığı yaranıb.

Apasport.az "The Athletic" nəşrinə istinadla xəbər verir ki, bir neçə komanda oyunçusu 64 yaşlı mütəxəssisdən  narazılıq edib.

Bir qrup futbolçu qeyri-sabit oyun praktikasından, eləcə də “kral” klubunun qeyri-müəyyən gələcəyindən narazıdır.

Luka Modriç, Kepa Arrizabalaqa, Arda Gülər, Nikolas Paz və Naço Fernandez italiyalı mütəxəssisdən razır deyil.

Xatırladaq ki, Ançelotti 2021-ci ilin yayından Madrid nəhənginin baş məşqçisidir. Tərəflər arasında mövcud müqavilə 2025/2026 mövsümünün sonunda başa çatır.

writer photo
Əlirza Əlirzalı
0