“Real” rəhbərliyi La Liqa hakimlərindən narazıdır.
Apasport.az saytının məlumatına görə, “kral klubu”nun üzvləri hesab edirlər ki, referilər onlara qarşı əzəli rəqib “Barselona”dan daha sərt reaksiya göstərirlər.
Madridlilər La Liqanın XII turunda “Jirona” ilə oyunda xal itkisini (1:1) məhz hakimliklə əlaqələndirib. Onların fikrincə, son dəqiqələrdə rəqibin qapısına penalti təyin olunduqdan sonra VAR-a baxılaraq ləğvi edilməsi haqsız qərar idi. “Real” rəhbərliyi məsələ ilə bağlı La Liqa rəhbərliyinə rəsmi narazılığını bildirib.
Qeyd edək ki, “Real” hazırda 32 xalla turnir cədvəlinə başçılıq edir. İkinci pillədəki “Barselona” liderdən 1 xal geri qalır.