"Real Madrid" kapitanı ilə vidalaşdı
25.06.2024 - 14:32
"Real Madrid" kapitanı ilə vidalaşdı

La Liqa təmsilçilərindən "Real Madrid" kapitanı ilə yollarını ayırıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı açıqlama yayıb. 

Müdafiəçi Naço Fernandezin İspaniya klubundan ayrıldığı bildirilib.

Qeyd edək ki, Naço karyerası ərzində yalnız "Real Madrid"də çıxış edib. "Los Blankos" 34 yaşlı futbolçuya karyerasının yeni mərhələsində uğurlar arzulayıb.

Bundan əvvəl mətbuatda Naçonun Səudiyyə Ərəbistanında oynayacağı ilə bağlı məlumatlar yayılmışdı.

 

writer photo
Əlirza Əlirzalı
0