"Real Madrid" özünə müdafiəçi tapdı
26.02.2024 - 15:03
"Real Madrid" özünə müdafiəçi tapdı

20 yaşlı müdafiəçi Xuanlo Sançes "Sevilya"dan ayrılaraq İspaniya klubuna keçə bilər.

Apasport.az "Todofichajes"ə istinadla xəbər verir ki, "Real" sağ cinah oyunçusunu transfer etməkdə maraqlıdır.

İspaniya təmsilçisi Dani Karvaxalın yerinə Xuanlonu nəzərdən keçirir.

Sançes 2022-ci ilin yayından "Sevilya"da çıxış edir. Tərəflər arasında mövcud müqavilə 2026-cı ilin iyun ayının sonunda başa çatır.

"Transfermarkt" portalı oyunçunun bazar dəyərini 8 milyon avro qiymətləndirir. İspaniya çempionatının cari mövsümündə Xuanlu 19 oyun keçirib və bu oyunda 2 məhsuldar ötürmə edib.
 

writer photo
Əlirza Əlirzalı
0