"Real Madrid"dən Leni Yoro həmləsi
09.07.2024 - 18:10
"Real Madrid"dən Leni Yoro həmləsi

Fransa təmsilçisi “Lill”in formasını geyinən Leni Yoro “Real Madrid”in radarına düşüb.

Apasport.az xəbər verir ki, “kral klubu” 18 yaşlı futbolçu üçün 40 milyon avrodan keçməyə hazırdır.

“Lill”in yetirməsi olan müdafiəçinin müqaviləsi gələn ilin sonunda bitəcək. 

Onu transfer etmək istəyənlər arasında “Mançester Yunayted” də var. Futbolçu özü isə “Real Madrid”ə keçmək istəyir. Əgər bu istəyi baş tutmazsa, “Real Madrid” növbəti mövsüm onu azad agent kimi heyətinə qata bilər.

Qeyd edək ki, gənc istedad ötən sezon Liqa 1-də 44 oyuna çıxıb. O, bu oyunlarda 3 qol vurmağı da bacarıb.
 

writer photo
Əlirza Əlirzalı
0