“Real” “Monako”nun futbolçusu ilə anlaşdı
08.06.2022 - 23:18
“Real” “Monako”nun futbolçusu ilə anlaşdı

“Real”ın yay fasiləsində heyətinə cəlb edəcəyi ikinci futbolçu müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Antonio Rudigerdən sonra “Monako”nun yarımmüdafiəçisi Orelyen Çuameni ilə anlaşıb.

Tərəflər arasında hərtərəfli razılıq əldə olunub, 22 yaşlı orta sahə oyunçusu hətta Fransa millisinin olduğu yerdə tibbi müayinədən də keçib. İndi yalnız keçidin rəsmiləşməsi qalıb. Bu transfer Knyazlıq klubuna 80 milyon avro qazandıracaq. “Monako” daha 20 milyon avro bonus kimi əldə edə bilər.

Qeyd edək ki, Orelyen Çuameni “Monako”ya 2020-ci ildə “Bordo”dan keçib.
 

writer photo
Əlirza Əlirzalı
0