“Yuventus”da Alleqriyə əvəzləyici
22.09.2022 - 12:06
“Yuventus”da Alleqriyə əvəzləyici

“Yuventus”un baş məşqçi postuna daha bir namizəd müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Massimiliano Alleqrini istefaya göndərməyi planlaşdıran turinlilər Antonio Kontenin qayıdışında maraqlıdır.

Klub rəhbərliyi hazırda “Tottenhem”i çalışdıran mütəxəssisin komandanı indiki durumdan çıxaracağına ümid edir. Liderlər qrupundan uzaq düşən “Yuventus” vəziyyətdən çıxış yolunu məşqçi dəyişikliyindən görür.

Qeyd edək ki, Konte 2011-14-cü illərdə “Yuventus”a rəhbərlik edib.
 

writer photo
Əlirza Əlirzalı
0