“Mançester Siti” Çempionlar Liqasına “Sevilya” ilə səfər matçı ilə başlayıb.
Apasport.az saytının məlumatına görə, qonaqların 4:0 hesablı qələbəsində dublla pay sahiblərindən olan Erlinq Haland tarixi nailiyyətə imza atıb.
Norveçli hücumçu Mançester klubu ilə Çempionlar Liqasındakı ilk matçında qol hesabını açıb. O, “Zalsburq” və Dortmund “Borussiya”sında da bunu bacarıb.
Haland üç komanda ilə Çempionlar Liqasındakı debütündə qol vuran 4-cü futbolçudur. Onadək buna yalnız 3 hücumçu nail olub. Bunlar Fernando Moryentes, Xavyer Saviola və Zlatan İbrahimoviçdir.
Qeyd edək ki, Haland bu yay Dortmund “Borussiya”sından “Mançester Siti”yə keçib.