Simeone hamını qabaqladı
30.03.2023 - 17:31
Simeone hamını qabaqladı

Dünyanın ən yüksək ödənişli məşqçilərinin siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, cədvələ Dieqo Simeone başçılıq edir.

“Atletiko”nun argentinalı çalışdırıcı ildə 34 milyon avro qazanır. “Top-12”də dörd liqanın təmsilçiləri yer alıb. İngiltərə, İspaniya, İtaliya və Almaniyanın hərəsinin üç klubunda baş məşqçilər belə yüksək maaş alır.

1. Dieqo Simeone (“Atletiko”) – 34 milyon avro
2. Pep Qvardiola (“Mançester Siti”) – 22,4 milyon avro
3. Yurgen Klopp (“Liverpul”) – 17,8 milyon avro
4. Qrem Potter (“Çelsi”) – 13,5 milyon avro
5. Massimiliano Alleqri (“Yuventus”) – 12,8 milyon avro
6. Tomas Tuxel (“Bavariya”) – 12 milyon avro
7. Karlo Ançelotti (“Real”) – 11 milyon avro
8. Simone İnzaqi (“İnter”)  – 10 milyon avro
9. Joze Mourinyö (“Roma”) – 9,2 milyon avro
10. Xabi Alonso (“Bayer”) – 5 milyon avro
11. Niko Kovaç (“Volfsburq”) – 4 milyon avro
12. Xavi (“Barselona”) – 3,8 milyon avro

writer photo
Əlirza Əlirzalı
0