Liqamızda ilk istefa "Kəpəz"də ola bilər
04.11.2023 - 18:40
Liqamızda ilk istefa "Kəpəz"də ola bilər

Azərbaycan Premyer Liqasında 2023/24 mövsümündə ilk baş məşqçi istefası reallaşır. 

Apasport.az xəbər verir ki, bu, "Kəpəz"də Azər Məmmədovun gedişi olacaq.

Belə ki, 47 yaşlı mütəxıssis XII turda "Qarabağ"a Tofiq Bəhramov adına Respublika stadionunda ağır məğlubiyyətdən (1:7) sonra mətbuat konfransında rəhbərliklə görüşərək istefa vermək fikrində olduğunu gizlətməyib.

Xatırladaq ki, hazırda son pillədə gedən "Kəpəz" Məmmədovu "sükanı arxası"na bu ilin iyununda gətirib. Premyer Liqamızda baş məşqçi kimi debüt edən gəncəli mütəxəssis bu postda Tərlan Əhmədovu əvəzləyib.

writer photo
Əlirza Əlirzalı
0