“Real” Vlahoviçə elçi düşdü
20.11.2022 - 23:39
“Real” Vlahoviçə elçi düşdü

“Yuventus”un hücumçusu Duşan Vlahoviç tezliklə İspaniyaya yollana bilər.

Apasport.az saytının məlumatına görə, “Real” 22 yaşlı forvardın transferini planlaşdırır.

“Kral klubu” bununla bağlı “qoca sinyora”ya artıq rəsmi müraciət edib. Madridlilər danışıq aparmaq istədiklərini qarşı tərəfə bildiriblər. “Real” Serbiya millisinin üzvünün keçidi müqabilində turinlilərə bir oyunçusunu verməyə hazırdır. “Yuventus”a seçim üçün Eden Azar və Eduardo Kavaminqa göstərilib.

Qeyd edək ki, Duşan Vlahoviç “Yuventus”a bu ilin yanvarında 81 milyon avroya “Fiorentina”dan keçib. O, cari mövsüm 15 oyunda 7 qol vurub, 2 assist edib.

writer photo
Əlirza Əlirzalı
0