21453 əmsallıq MƏRC
14.12.2022 - 12:14
21453 əmsallıq MƏRC

Bukmeker kontorlarında ağlasığmaz mərc edildiyi aşkarlanıb.

Apasport.az saytının məlumatına görə, proqnozsevərlərdən biri xeyli müddət əvvəl 21453 əmsallıq ekspress kupona pul yatırıb. 

O, yeddi müxtəlif turnirdə çempionlarını təxmin edib. Artıq betterin proqnozlarından altısı düz çıxıb. 

Ağlasığmaz mərc müəllifi yalnız DÇ-2022-nin qalibinin müəyyənləşməsini gözləyir. Buna isə cəmi 4 gün qalıb. Qətərdəki mundialın sonunu ən çox gözləyənlər sırasında da məhz bukmeker kontorunun bu müştərisi yer alıb.

Çünki onun bu kupona yatırdığı 26 dolların taleyinə dekabrın 18-dəki finalda aydınlıq gələcək. Proqnozsevər Fransanın çempion olmasını gözləyir. Bu gün yarımfinalda Mərakeşlə qarşılaşacaq 
Didye Deşamın yetirmələri həm afrikalıları, həm də finalda Argentinanı udsa, better 557 min 771 dollar uduşa sahib çıxacaq.

2022-ci ilin basketbol üzrə NCAA çempionu – “Kanzas”
2022-ci ildə MBA çempionu – “Qolden Steyt Uorriors”
2022-ci ildə Stenli kubokunun qalibi – “Kolorado Evelanş”
2021/22 mövsümündə İtaliya A seriyasının çempionu – “Milan”
2022-ci ildə MLS çempionu – “Los-Anceles”
2021/22 mövsümündə İngiltərə çempionu – “Mançester Siti”
2022-ci il dünya çempionu – Fransa


 

writer photo
Əlirza Əlirzalı
0