“Real”da Bellinqem problemi
22.09.2023 - 16:02
Cud Bellinqem “Real”ın məşqlərində iştirak etmir.
Apasport.az saytı xəbər verir ki, 20 yaşlı mərkəz yarımmüdafiəçisi mədə problemlərindən əziyyət çəkir.
Komandasının bu gün keçirilən məşqində iştirak etməyən ingilis həkim nəzarətindədir. Futbolçunun sentyabrın 24-də “Atletiko” ilə matçda iştirakı sual altındadır.
Qeyd edək ki, paytaxt klubunun yeni transferi bu mövsüm 6 matçda vurduğu 6 qolla diqqətləri özünə cəlb edib.
0
0