“Real”da daha bir yeni müqavilə
30.05.2022 - 17:27
“Real”da daha bir yeni müqavilə

“Real”da daha bir futbolçu ilə bağlı qərar verilib.

Apasport.az saytının məlumatına görə, müdafiəçi Eder Militao “kral klubu” ilə yeni müqavilə imzalayacaq.

Braziliya millisinin üzvü yaxın günlərdə madridlilərlə 2028-ci ilə qədər nəzərdə tutulan sözləşmə bağlayacaq. Mərkəz müdafiəçisi ilə hərtərəfli razılaşma əldə edilib, xırda detallar da yoluna qoyulduqdan sonra sənədə qol çəkiləcək.

Eder Militao “Real”a 2019-cu ildə “Porto”dan 50 milyon avroya keçib. O, cari mövsüm 50 oyun keçirib, 2 qol vurub.

Qeyd edək ki, “Real” dünən yarımmüdafiəçisi Luka Modriçlə də yeni müqavilə imzalayıb.

writer photo
Əlirza Əlirzalı
0