“Real”da itki
28.11.2023 - 19:51
“Real”da itki

“Real”ın daha bir futbolçusu “Napoli” ilə matçda iştirak etməyəcək.

Apasport.az xəbər verir ki, Luka Modriç Çempionlar Liqasının qrup mərhələsinin V turunda forma geyinməyəcək.

38 yaşlı yarımmüdafiəçinin yüklənməyə məruz qaldığına görə qrup məşqlərində iştirak etmir. Həkimlər veteran futbolçunun bir müddət istirahət etməsini məsləhət görüblər.

Qeyd edək ki, “Real” -  “Napoli” qarşılaşması noyabrın 30-da Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

writer photo
Əlirza Əlirzalı
0