“Real”dan Ançelotti qərarı
17.11.2023 - 16:16
“Real”dan Ançelotti qərarı

“Real” baş məşqçisi Karlo Ançelottinin Braziliya millisi ilə anlaşmasına razılıq verib.

Apasport.az xəbər verir ki, italiyalı mütəxəssis mövsümün sonunda Madrid klubunu tərk edəcək.

Onun rəhbərliyi altında komanda titullar qazanmağı bacarıb. Bu müddətdə madridlilər İspaniya çempionu olub, ölkə superkubokunu, Çempionlar Liqasını, Klublararası dünya çempionatını qazanıb.

Qeyd edək ki, 64 yaşlı mütəxəssis 2021-ci ildən "Real"ı çalışdırır.

writer photo
Əlirza Əlirzalı
0