“Real”dan ilk
23.09.2023 - 12:40
“Real”dan ilk

Madrid “Real”ı daha bir uğura imza atıb.

Apasport.az saytı xəbər verir ki, “Kral klubu” sosial şəbəkələrdə 500 milyon izləyiciyə çatan ilk idman klubu kimi tarixə düşüb.

Bundan əlavə, ispanların rəsmi saytı dünyanın ən çox ziyarət edilən klub hesabları arasında da birincidir. Aayda təxminən 8,9 milyon azarkeş “qalaktikos”un səhifəsinə baxır. 

Qeyd edək ki, paytaxt klubunun müxtəlif idman və əlaqəli təşkilatlardakı bütün nümayəndələri üçün 37 rəsmi hesabı var. Bu hesablardan 7 dildə - ispan, ingilis, ərəb, fransız, portuqal, yapon və çincə materiallar hazırlanır.

writer photo
Əlirza Əlirzalı
0