“Real”ın Azardan qurtulma planı
06.11.2022 - 22:23
“Real”ın Azardan qurtulma planı

“Real” rəhbərliyi hücumçusu Eden Azarla bağlı qərarını verib.

Apasport.az saytının məlumatına görə, “kral klubu” Belçika millisinin üzvünü artıq əsas komandanın üzvü kimi görmür.

Bu üzdən La Liqa təmsilçisi 31 yaşlı forvarddan qurtulmağı planlaşdırır. İspanlar Azarın dünya çempionatında uğurlu çıxış sayəsində başqa təkliflər alacağına və qışda sərfəli qiymətə satılacağına ümid edir. 

Qeyd edək ki, Eden Azarın “Real”la müqaviləsi 2024-cü ilin yayına kimidir.

writer photo
Əlirza Əlirzalı
0