"Real"ın gənc futbolçuları "Çelsi" ilə matça çıxmayıb
07.08.2024 - 22:56
"Real"ın gənc futbolçuları "Çelsi" ilə matça çıxmayıb

"Real Madrid"in ABŞ-də keçirdiyi bütün yoxlama oyunlarında meydanda olan Arda Gülerin "Çelsi" matçına çıxmaması azarkeşləri həyəcanlandırmışdı.

Apasport.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Arda Güler ve Endrikin sezon öncəsi həddindən çox yüklənmə səbəbilə zədə riski artıb.

Baş məşqçi Karlo Ançelottinin gənc ulduz Ardaya şans verməməsinin əsas səbəbi onu zədədən qorumaq istəyi olub. Onun meydanda olmaması xüsusilə türkiyəli azarkeşləri narahat etmiş, zədəli olması ilə bağlı söz-söhbətlər yayılmışdı.

Qeyd edək ki, Arda kimi, Endrik də "Çelsi" ilə matçda meydanda olmayıb. 

writer photo
Əlirza Əlirzalı
0