Sensasiyadan QAZANC
13.12.2022 - 00:51
Sensasiyadan QAZANC

Bukmeker kontorunun müştərisi Mərakeş – Portuqaliya oyununda böyük uduşa sahib çıxıb.

Apasport.az saytının məlumatına görə, proqnozsevər DÇ-2022-nin 1/4 final oyununa böyük mərc edib.

Better qarşılaşmada maksimum 1 qol vurulacağına proqnoz verib. O, 490 min rublla (13 min 328 manat) risk edib.

Bu variantın əmsalı 3,30-a bərabər olub. Mərakeşin 1:0 hesablı qələbəsinə təkcə afrikalılar deyil, proqnozsevər də sevinib. O, bu nəticədən 1 milyon 617 min rubl (43 min 982,4 manat) uduş əldə edib.

Qeyd edək ki, Mərakeş Qətərdəki DÇ-2022-nin beş oyununda cəmi 1 qol buraxıb.
 

writer photo
Əlirza Əlirzalı
0