Remsi 17 il sonra doğma klubda
16.07.2023 - 00:42
Aaron Remsi karyerasını “Kardiff Siti”də davam etdirəcək.
Apasport.az saytı xəbər verir ki, 32 yaşlı futbolçu ilə iki illik müqavilə imzalanıb.
Remsi “Kardiff Siti”nin yetirməsi sayılır. O, Çempionşipdə debüt edən ən gənc futbolçu olub. Aaron 16 ya 123 günündə 2006/07 mövsümündə “Hall Siti”nin heyətində meydana çıxıb. Təcrübəli yarımmüdafiəçi karyerasının ən yaxşı günlərini “Arsenal”da keçirib. Remsi “Nottingem Forest”, “Reyncers”, “Yuventus” və “Nitsa” kimi klublarda da çıxış edib.
Qeyd edək ki, “Kardiff Siti” son mövsüm Çempionşipdə 21-ci yeri tutub.
0
0