Remsi “Kardiff”də
14.07.2023 - 09:38
Remsi “Kardiff”də

Aron Remsinin yeni klubu bəlli olub.

Apasport.az saytının məlumatına görə, uelsli yarımmüdafiəçi “Kardiff”ə keçəcək.

Artıq tərəflər arasında hərtərəfli razılıq əldə olunub. Ötən mövsümü “Nitsa”da keçirən Remsi Fransa klubu ilə müqaviləni uzatmayıb. Bu üzdən Uels yığmasının kapitanı Böyük Britaniyaya qayıdır.

Qeyd edək ki, “Nitsa” futbolçuya 2 illik anlaşma təklif etsə də, Aron vətənə qayıtmağa üstünlük verib.
 

writer photo
Əlirza Əlirzalı
0