Messi məşqlərə başladı
07.10.2023 - 12:44
Messi məşqlərə başladı

Lionel Messi intensiv məşqlərə başlayıb.

Apasport.az xəbər verir ki, "İnter Mayami"nin köməkçi məşqçisi Xavyer Morales hücumçu Lionel Messinin son durumuna aydınlıq gətirib.

Morales 36 yaşlı hücumçunun son 2 gündə qrup məşqlərində iştirak etdiyini açıqlayıb. Argentinalının bu gecə “Sinsinati” ilə matçda iştirak etməsi gözlənilir.

Qeyd edək ki, Lionel sentyabrın 21-də “Toronto” ilə matçda zədələnib. Bundan sonra Messi ardıcıl dörd matçı buraxmalı olub.

writer photo
Əlirza Əlirzalı
0