Reşford "Mançester Yunayted"də qalacaq
06.11.2023 - 17:22
Reşford "Mançester Yunayted"də qalacaq

“Mançester Yunayted”in futbolçusu Markus Reşford İngiltərə klubunda qalacaq.

Apasport.az xəbər verir ki, futbolçu Premyer Liqa təmsilçisindən ayrılmayacağını açıqlayıb

O, komandadan gedəcəyi ilə bağlı xəbərləri təkzib edib. Markus karyerasına Mançester klubunda davam etdirəcəyini bildirib. 

Qeyd edək ki, Reşford ötən mövsüm bütün yarışlarda 30 qolla “Mançester Yunayted”in ən məhsuldar oyunçusu olub.
 

writer photo
Əlirza Əlirzalı
0