Dibalaya növbəti təklif
17.07.2022 - 00:43
Dibalaya növbəti təklif

“İnter” Paulo Dibalanın transferindən vaz keçməyib.

Apasport.az saytının məlumatına görə, Milan klubu Argentina millisinin üzvü ilə danışıqları yenidən bərpa edib.

29 yaşlı oyunçu “Roma”, “Napoli” və “Milan”ın da maraq dairəsindədir. Ancaq “İnter” bu mübarizədən qalib ayrılmaq üçün Dibalaya əvvəlkindən daha yaxşı şərtlər təklif edib. Oyunçu yayda “Yuventus”dan ayrıldığından, hazırda azad agentdir.

Qeyd edək ki, Paulo Dibala 39 oyunda 15 qol, 6 assistlə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0