Millinin sabiq hücumçusuna yeni təyinat
20.10.2022 - 17:36
Millinin sabiq hücumçusuna yeni təyinat

Argentina millisinin sabiq futbolçusu Abel Balbonun yeni iş yeri bəlli olub.

Apasport.az saytının məlumatına görə, futbol veteranı “Estudiantes”in baş məşqçisi olacaq.

Balbo altıqat Argentina çempionunun sükanı arxasına ilin sonunda keçəcək. Mütəxəssis hazırda “Sentral Kordoba”nı çalışdıracaq. Bu komanda turnir cədvəlində 19-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, Balbo futbolçu kimi “Roma”, “Parma” və “Fiorentina” kimi klublarda çıxış edib.
 

writer photo
Əlirza Əlirzalı
0