Reşford Runinin rekordunu təkrarladı
11.01.2023 - 10:22
"Mançester Yunayted" hücumçusu Markus Reşford 13 illik rekordu təkrarlayıb.
Apasport.az saytı xəbər verir ki, 25 yaşlı futbolçu bu uğura İngiltərə Liqa Kubokunun 1/4 finalında “Çarlton”a 3:0 hesabı ilə qalib gəldikləri qarşılaşmada imza atıb.
O, komandasının son 13 ildə ardıcıl 8 ev matçında qol vuran futbolçusu kimi tarixə düşüb. Onadək bu göstəriciyə 2010-cu ildə “qırmızı şeytanlar”ın forvardı Ueyn Runi nail olmuşdu.
Qeyd edək ki, Reşford “Çarlton”la görüşdə dubl edib.
0
0