“Reyncers” belçikalı mütəxəssisə tapşırıldı
15.10.2023 - 18:21
“Reyncers” belçikalı mütəxəssisə tapşırıldı

Filipp Kleman “Reyncers”in baş məşqçisi təyin olunub.

Apasport.az saytı xəbər verir ki, bu barədə Qlazqo klubunun mətbuat xidməti məlumat yayıb.

Belçikalı mütəxəssislə müqavilənin detalları məlum deyil. Əvvəllər “Brügge” və “Genk”də işləyən Klemanın son iş yeri “Monako” olub.  

Qeyd edək ki, “Reyncers” oktyabrın 1-də baş məşqçi Maykl Billə yollarını ayırıb. Komanda 7 turdan  sonra liderdən 7 xal geri qalır.
 

writer photo
Əlirza Əlirzalı
0