Ronaldo Çempionlar Liqasında oynamayacaq
07.11.2023 - 16:14
Ronaldo Çempionlar Liqasında oynamayacaq

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo Asiya Çempionlar Liqasında Qətərin “Əl-Duhail”lə keçiriləcək matça çıxmayacaq.

Apasport.az xəbər verir ki, bunu klubun baş məşqçisi Luis Kastro açıqlayıb.

Portuqaliyalı mütəxəssis qərarın ona aid olmadığını bildirib: “Kriştiano Ronaldo çox oyun keçirdiyindən yorulduğu üçün meydanda olmayacaq. Başa düşürəm ki, onu görmək istəyirsiniz, amma onun istirahətə ehtiyacı var. O hazır deyil. Bizim çoxlu ulduz futbolçularımız var. Ronaldonu heyətdən çıxarmağa qərar verən mən deyildim, indiki durumu belə idi”. 

Qeyd edək ki, 38 yaşlı super ulduz “Əl-Nəsr”in heyətində forma geyindiyi 27 matçda 26 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0