Ronaldo yenə məhkəmə qarşısına çıxacaq – “zorlama”ya görə
30.06.2022 - 14:48
Ronaldo yenə məhkəmə qarşısına çıxacaq – “zorlama”ya görə

“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo yenidən məhkəmə qarşısına çıxacaq.

Apasport.az saytının məlumatına görə, superulduz bu dəfə şikayətçi rolunda olacaq.

Portuqaliya millisinin kapitanı ona böhtan atdığı sübuta yetirilən amerikalı model Ketrin Mayorqadan təzminat tələb edəcək. 37 yaşlı hücumçu onu zorlamaqda ittiham edən Ketrindən 626 min dollar kompensasiya istəyəcək.

Qeyd edək ki, 2018-ci ildə başlayan məhkəmə prosesi Ronaldonun xeyrinə nəticələnib. Model Ronaldonun onu 2009-cu ilin iyununda otellərin birində zorladığını iddia edərək, ondan 56,5 milyon funt sterlinq təzminat istəyib.

writer photo
Əlirza Əlirzalı
0