Ronaldodan ən yaxşı seriya
30.08.2023 - 09:50
Ronaldodan ən yaxşı seriya

Kriştiano Ronaldo “Əl-Nəsr”in heyətində özünün ən yaxşı seriyasına imza atıb.
    
Apasport.az saytının məlumatına görə, portuqaliyalı hücumçu son iki matçda 5 qol vurub.

38 yaşlı forvard “Əl-Şəbəb” üzərində 4:0 hesablı qələbəyə 2 qolla töhfə verib. İlk turun “Əl-Fat”la qarşılaşmasında het-trikə imza atan Ronaldo iki görüşdəki qol sayını 5-ə çatdırıb. O, bunadək “Əl-Nəsr”in heyətində ardıcıl iki qarşılaşmada bu qədər fərqlənməmişdi.

Qeyd edək ki, bu iki matçda Ronaldonun komanda yoldaşı Sadio Mane üç top vurub. 
 

writer photo
Əlirza Əlirzalı
0