Ronaldodan intizamsızlıq
20.10.2022 - 09:13
Ronaldodan intizamsızlıq

İngiltərə Premyer Liqasının XII turunda “Tottenhem”lə keçirilən oyunda “Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo intizamsız davranışa əl atıb.

Apasport.az saytının məlumatına görə, portuqaliyalı superulduz matçın sonunu gözləmədən arenanı tərk edib.

Qarşılaşma boyu ehtiyat oyunçular skamyasında oturan 37 yaşlı forvard 90-cı dəqiqədə icazəsiz oranı tərk edərək paltardəyişmə otağına yollanıb. “Qırmızı şeytanlar”ın baş məşqçisi Erik ten Haq isə bununla bağlı Ronaldo ilə söhbət aparılacağını açıqlayıb. Çalışdırıcı həmçinin ön xətdə niyə Ronaldoya deyil, Markus Reşforda etibar etməsinin səbəbini də deyib: “Tottenhem”ə qarşı yaxşı pressinq lazım idi. Ön xətdə təzyiq edən oyunçu olmalı idi. Çünki bunun nəticəsində şanslar yaratmaq mümkün olur. Hücumda dinamika lazım idi, bunu da Markus yaxşı bacarır”.

Qeyd edək ki, “Mançester Yunayted” “Tottenhem” üzərində 2:0 hesablı qələbə qazanıb.
 

writer photo
Əlirza Əlirzalı
0