Ronaldonun bəyəndiyi iddia: “Messi yalnız 5 “Qızıl top” qazanmalı idi”
01.11.2023 - 17:48
Ronaldonun bəyəndiyi iddia: “Messi yalnız 5 “Qızıl top” qazanmalı idi”

Kriştiano Ronaldo Lionel Messinin növbəti “Qızıl top”u qazanmasını tənqid edənləri dəstəkləyib

Apasport.az xəbər verir ki, portuqaliyalı ulduz tanınmış ispan jurnalist Tomas Ronceronun sosial mediadakı paylaşımına münasibət bildirib.

İspaniyalı mütəxəssis Messinin bu mükafatı haqq etmədiyini, əvəzində Erlinq Halandın qazanmalı olduğunu bildirib. “Lionel dünya çempionatını 6 penalti hesabına qazanıb. Turnirin özü isə 8 ay əvvəl keçirilib. O, sadəcə 5 “Qızıl top” qazanmalı idi. Digər “Qızıl top”lara Andres İnyesta və ya Xavi, Robert Levandovski və Erlinq Haland layiq idi”.

Ronaldo uzun müddət ən yaxşı adı uğrunda əsas rəqibi olan argentinalı ulduz barədə bu paylaşımı bəyənib. O, bununla da jurnalistlə razılaşdığını göstərib.

Qeyd edək ki, Messi 2009, 2010, 2011,2012, 2015, 2019, 2021 və 2023-cü illərdə bu mükafatın sahibi olub.
 

writer photo
Əlirza Əlirzalı
0