Portuqaliya millisinin və “Mançester Yunayted”in futbolçusu Kriştiano Ronaldo karyerasını Avstraliyada davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, bunu Avstraliya Futbol Liqasının prezidenti Denni Taunsend açıqlayıb.
O bildirib ki, 37 yaşlı hücumçunun “yaşıl qitə”yə getməsi üçün təklif hazırlanıb: “Biz Ronaldonu Avstraliyaya gətirməkdə maraqlıyıq. Aydındır ki, müəyyən risk də var. Amma bizim təklifimizi də nəzərdən keçirməlidir”.
Qeyd edək ki, Ronaldonun yığmadakı sabiq komanda yoldaşı Nani də hazırda Avstraliyada çıxış edir. O, “Melburn Viktori”nin formasını geyinir.