Rusiyada Birinci Liqanın oyunları təxirə salındı
23.03.2024 - 16:07
Rusiyada Birinci Liqanın oyunları təxirə salındı

Melbet Birinci Liqasının 24-cü turunun bütün oyunları təxirə salınıb.

Apasport.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

"Dünən Moskva vilayətində baş vermiş faciəvi hadisələrlə əlaqədar RFU-nun qərarı ilə Birinci Liqanın 24-cü turunun bütün oyunları təxirə salınacaq".

Matçların yeni tarixləri hələ məlum deyil.

Qeyd edək ki, ötən gün - martın 22-də "Crocus City Hall" konsert zalında terror aktı baş verib. Faciə nəticəsində 115 nəfər həlak olub.

 

writer photo
Əlirza Əlirzalı
0