Sabiq “Liverpul”lu: “Ronaldoda bunu bacarmır”
07.10.2022 - 22:13
Sabiq “Liverpul”lu: “Ronaldoda bunu bacarmır”

“Liverpul”un sabiq müdafiəçisi Ceymi Karrager PSJ-nin hücumçusu Lionel Messi ilə “Mançester Yunayted”in qolçusu Kriştiano Ronaldonu müqayisə edib.

Apasport.az saytının məlumatına görə, ingiltərəli mütəxəssis argentinalını həmkarından üstün tutub.

44 yaşlı Karragerin fikrincə, Messidə olan oyun quruculuğu bacarığı Ronaldoda yoxdur: “Messi həm də oyun qurucusu kimi çalışır. O, matça nəzarət etməyi bacarır. Ronaldo isə bunu bacarmır, necə olduğunu bilmir. Bu bir tənqid deyil. Sadəcə, Ronaldo bütün dövrlərin ən böyük futbolçusu ola bilməz”.

Qeyd edək ki, karyerası ərzində yalnız “Liverpul”un formasını geyinən Ceymi Karrager 1996-2013-cü illərdə “qırmızılar”ın əsas komandasında çıxış edib.
 

writer photo
Əlirza Əlirzalı
0