Fatih Terimdən Bakasetas açıqlaması
18.01.2024 - 17:05
Fatih Terimdən Bakasetas açıqlaması

Fatih Terim Anastasios Bakasetas transferi ilə bağlı açıqlama verib.

Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis "Olimpiakos"u kubokdan kənarlaşdırdıqları matçdan sonra verdiyi açıqlamada Bakasetasla bağlı transfer iddialarına cavab verib.

70 yaşlı çalışdırıcı transferlə bağlı bunları deyib: "Bakasetas yaxşı və vacib oyunçudur. Ümid edirəm ki, mütləq nəticəyə çatacağıq. İmza atmadan bu məsələyə münasibət bildirmək düzgün olmaya bilər. Atdığı adımlara görə prezidentimizə təşəkkür edirik".

writer photo
Əlirza Əlirzalı
0