ABŞ-ın qadınlardan ibarət komandasının keçmiş futbolçusu Xoup Solo həbs cəzasına məruz qalıb.
Apasport.az saytının məlumatına görə, buna səbəb sabiq qapıçının içkili vəziyyətdə avtomobil idarə etməsi olub.
Solo dörd ay əvvəl iki yaşlı əkiz uşaqları da içində olan avtomobili Şimali Karolinada içkili halda sürüb və sükan arxasında yatıb. Hadisə yerinə gələn polisə müqavimət göstərən Solo testdən keçməkdən imtina edib.
Bu hərəkətinə görə, hakim 40 yaşlı sabiq oyunçuya iki illik şərti cəza kəsib. Ona həmçinin 2500 dollar cərimə və laboratoriya testləri üçün 600 dollar ödəmə etməsi tapşırılıb. Solo eyni zamanda narkotik maddə qəbulu ilə bağlı da yoxlanılmalı, tövsiyə olunan bütün müalicə kurslarını tamamlamalıdır.
Səhvini boynuna alan Xoup Solo bundan dərs götürdüyünü, belə bir halın bir daha yaşanmayacağını bildirib.