Şahruddinin komanda yoldaşı heyətdən kənarlaşdırıldı
20.04.2024 - 15:33
Şahruddinin komanda yoldaşı heyətdən kənarlaşdırıldı

Super Liqa təmsilçisi “Adana Dəmirspor” futbolçusu Luiş Nanini heyətdən kənarlaşdırıb.

Apasport.az xəbər verir ki, 37 yaşlı portuqaliyalı tanınmış oyunçunun adı Superliqanın XXXIII turunda “Samsunspor”la keçiriləcək görüşün siyahısına salınmayıb.

Bu barədə qərarı klub rəhbərliyi və məşqçilər korpusu verib.

Qeyd edək ki, Luiş Nani bu mövsüm Adana təmsilçisinin heyətində 34 matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0