Şahruddinin komandası qələbə qazandı
04.03.2024 - 20:00
Şahruddinin komandası qələbə qazandı

Türkiyə Super Liqasında XXVIII turun görüşləri davam edir.

Apasport.az xəbər verir ki, bu gün Azərbaycan milli komandasının qapıçısı Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi "Adana Demirspor" doğma meydanda "Fatih Karagümrük"ü qəbul edib.

Matç Adana təmsilçisinin qələbəsi ilə başa çatıb: 1:0. Görüşdə yeganə qolu 27-ci dəqiqədə Balotelli penalti zərbəsindən vurub. 

Qeyd edək ki, Şahruddin oyuna start heyətdə başlayıb.

writer photo
Əlirza Əlirzalı
0