Salah zədələndi
19.01.2024 - 10:36
"Liverpul"un və Misir yığmasının hücumçusu Məhəmməd Salah Afrika Millətlər Kubokunun Qana ilə görüşünə davam edə bilməyib.
Apasport.az xəbər verir ki, ilk hissənin sonunda zədələnən 31 yaşlı futbolçu fasiləni gözləmədən əvəzlənib.
Misirli futbolçu əzələsindən zədə alıb.
Afrika Millətlər Kubokunun ikinci turu çərçivəsində keçirilən oyunda bərabərlik qeydə alınıb - 2:2.
0
0