Salemakers “Bolonya”da
30.08.2023 - 20:41
Salemakers “Bolonya”da

Aleksis Salemakers “Milan”ı tərk edib.

Apasport.az saytı xəbər verir ki, belçikalı futbolçu karyerasını “Bolonya”da davam etdirəcək.

Salemakers bir illik icarəyə götürülüb. Müqavilənin şərtlərinə görə, “Bolonya” 24 yaşlı futbolçunu mövsümün sonunda transfer edə bilər. Üç il “Milan”da çıxış edən Aleksis komandada 140 oyun keçirib. O, bu görüşlərdə 10 qol və 14 ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, “Bolonya” İtaliya A seriyasında mövsümə uğursuz start götürüb. Komanda iki oyunda cəmi bir xal toplayıb.
 

writer photo
Əlirza Əlirzalı
0