“Kadinin gedişi “Qarabağ” üçün itkidir. Lakin onlar bütövlükdə komanda olaraq güclüdürlər. İndi isə vaxtilə “Monako”da oynayan Diakabi ilə müqavilə imzalayıblar. Gözləyək görək. Amma düşünürəm ki, “Qarabağ” Borjisin gedişinin öhdəsindən gələcək”.
Apasport.az xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Murad Musayev deyib.
O, Rusiya mətbuatına müsahibəsində “Qarabağ”ın Kadini “Krasnodar”a satmasından danışıb. “Krasnodar”ın sabiq çalışdırıcısı Kadinin yeni klubuna uyğun oyunçu olduğunu vurğulayıb: “Fikrimcə, Kadi Borjis hazırda Azərbaycan Premyer Liqasının ən güclü oyunçusudur. O özünü son avrokubok oyunlarında yaxşı göstərdi. Təbii ki, adaptasiya, zədələr Borjisə mane ola biləcək amillərdir. Amma ümumilikdə onun oyun tərzi “Krasnodar”a uyğundur. Düşünürəm ki, o, öz güclü tərəflərini ortaya qoyacaq və Azərbaycandakı kimi Rusiyada da parlaq çıxış edə biləcək”.
Qeyd edək ki, "Krasnodar" Kadi ilə 2026-cı ilin yayınadək sözləşmə imzalayıb.