Paraqvay yığmasının üzvü Antonio Sanabriya özü və ailəsinin təhdidlər aldığını açıqlayıb.
Apasport.az saytı xəbər verir ki, hər şey Argentina – Paraqvay (1:0) qarşılaşmasından son baş verib.
Paraqvaylı futbolçunun arxadan Lionel Messiyə tüpürməsi ilə bağlı video yayılıb. Amma Sanabriya həmkarına qarşı qeyri-etik hərəkət etmədiyi ilə bağlı paylaşım edib. O, video görüntünün yenidən izlənməsini məsləhət görüb: “Bu vəziyyətdə ailəm çox əzab çəkir. Baş verməyənlərə görə bir neçə dəfə təhdid almışam. Futbolçu həmkarıma və digər insanlara qarşı heç vaxt belə hərəkətə yol verməməşəm. Görüntülərin yenidən izlənməsini məsləhət görərdim”.
Sanabriyadan Messi ilə bağlı paylaşım
15.10.2023 - 15:29
0
0