Sanço “Borussiya”ya icarəyə verilə bilər
11.09.2023 - 22:24
Sanço “Borussiya”ya icarəyə verilə bilər

“Mançester Yunayted”in futbolçusu Ceydon Sanço keçmiş komandasının şərəfini qorumaq istəyir.

Apasport.az saytı xəbər verir ki, Mançester təmsilçisinin 23 yaşlı cinah müdafiəçisi Dortmund “Borussiya”sına geri dönməyin əleyhinə deyil.

“Qırmız şeytanlar”da baş məşqçi Erik ten Haqla yola getməyən İngiltərə millisinin üzvü meydana çıxmaq şansından məhrum olub. Məhz bu səbəbdən də komanda rəhbərliyi 2021-ci ildə 85 milyon avroya aldığı Çeydonu dortmundlulara icarəyə verə bilər.

Qeyd edək ki, “Mançester Yunayted”lə 82 matçda iştirak edən Sanço 12 qol vurub, altı da məhsuldar ötürmə edib.

writer photo
Əlirza Əlirzalı
0