Sanço rəsmən "Borussiya"da
11.01.2024 - 17:40
Sanço rəsmən "Borussiya"da

Ceydon Sanço yenidən Almaniyaya qayıdıb.

Apasport.az xəbər verir ki, Dortmund "Borussiya"sı "Mançester Yunayted"in hücumçusu Ceydon Sançonu mövsümün sonuna qədər icarəyə götürüb.

23 yaşlı ingilis futbolçu 2017-2021-ci illərdə çıxış etdiyi Dortmund təmsilçisinə geri dönüb. O, köhnə-yeni komandasında 10 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Sanço “sarı-qaralar”ın heyətində 137 rəsmi oyun keçirib, 50 qol vurub, 64 məhsuldar ötürmə edib. 

writer photo
Əlirza Əlirzalı
0