Saşa Boey zədəsini sağaldıb
06.03.2024 - 18:48
Saşa Boey zədəsini sağaldıb

"Bavariya"nın müdafiəçisi  Saşa Boey meydanlara geri dönüb.

Apasport.az xəbər verir ki, ötən gün fərdi məşqlərə başlayan futbolçu zədəsini sağaldıb. 

Fransız futbolçu yaxın günlərdə komanda ilə məşqlərə başlayacaq.

Xatırladaq ki, "Qalatasaray"dan "Bavariya"ya transfer olunan Saşa Boey  fevralın 10-da keçirilən "Bayer Leverkuzen" matçında zədələndiyi üçün komandasının oynadığı 5 qarşılaşmada meydana çıxa bilməyib.

writer photo
Əlirza Əlirzalı
0