Serbiyalı futbolçu "Atletiko"dan imtina edib
24.07.2024 - 09:14
Serbiyalı futbolçu "Atletiko"dan imtina edib

La Liqa təmsilçilərindən "Atletiko Madrid" "Salzburg"un mərkəz müdafiəçisi Strahinya Pavloviçi öz sıralarına cəlb etmək cəhdində uğursuz olub.

Apasport.az xəbər verir ki, İspaniya klubu 23 yaşlı futbolçu üçün “Milan”la yarışır. 

Məlumata görə, futbolçu Madrid klubu ilə danışıqlar aparmayıb - o, yalnız Milana getmək istəyir.

"Transfermarkt" Pavloviçin transfer qiymətini 25 milyon avro olaraq qiymətləndirilir. Buna  baxmayaraq, A Seriya nəhəngi mərkəz müdafiəçisini daha ucuz ala bilər.

Qeyd edək ki, futbolçu Serbiya millisində 38 oyun keçirib, 4 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0