Azərbaycan çempionatında növbəti oyunların vaxtı dəqiqləşib.
Apasport.az xəbər verir ki, bunu Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti açıqlayıb.
Kişi voleybolçuların Yüksək Liqasında növbəti qarşılaşmalar dekabrın 15-də baş tutacaq. Həmin gün GİN-nin Voleybol Mərkəzində saat 14:00-da “Xarı Bülbül Şuşa” və MOİK komandaları, ardınca (saat 16:00) “Xarı Bülbül Laçın” və “AZERRAIL” kollektivləri üz-üzə gələcəklər. Günün son matçı isə saat 18:00-da “Murov Az Terminal” və “Neftçi” komandaları arasında olacaq.
Yüksək Liqa (kişilər)
15 dekabr
14:00. “Xarı Bülbül Şuşa” - MOİK
16:00. “Xarı Bülbül Laçın” - “AZERRAIL”
18:00. “Murov Az Terminal” - “Neftçi”